İlk finalçı “Atletiko Mineyro” oldu

31.10.2024 13:50 273
Dünya futbolu
Libertadores Kubokunda mövsümün ilk finalçısı müəyyənləşib.

Yarımfinalın cavab oyununda “River Pleyt” “Atletiko Mineyro”nu qəbul edib. Xatırladaq ki, “Atletiko Mineyro” Braziliyada ötən həftə keçirilən ilk matçda 3:0 hesabı ilə qalib gəlmişdi. Argentinadakı cavab oyununda hesab açılmayıb.

Beləliklə, “Atletiko Mineyro” ilk finalçı olub.