La Liqada namizədlər müəyyənləşdi

28.10.2024 19:58 290
Dünya futbolu
İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi adına namizədlər müəyyənləşib.

Fərdi mükafata Karlo Ançelotti (Real), Hans-Diter Flik (Barselona) və İmanol Alquasil (Real Sosyedad) iddia edirlər. Xatırladaq ki, “Barselona” oktyabrda keçirdiyi iki oyunda rəqiblərini ümumilikdə 8:1 hesabı ilə məğlub edib. “Real” iki rəqibinə ümumi hesabda 4:1 qalib gəlib. “Real Sosyedad” isə iki oyunda 4 xal qazanıb.