Kalafyori sıradan çıxdı

29.10.2024 18:56 294
Dünya futbolu
"Arsenal"ın futbolçusu Rikkardo Kalafyori zədə üzündən bir neçə həftəliyə sıradan çıxıb.

İtaliyalı müdafiəçi Çempionlar Liqasının "Şaxtyor"la matçında dizindən zədə alıb. 22 yaşlı müdafiəçi ötən ay yığmanın heyətində Millətlər Liqasının Fransa ilə görüşündə də zədələnmişdi. Kalafiori cari mövsümdə "Arsenal"ın heyətində 10 oyuna çıxıb və 1 qol vurub.