“Arsenal” heyətinə yeni futbolçu qatmağa çox yaxındı.
İnsayder Fabritsio Romanonun məlumatına görə, London klubu “Bolonya”nın müdafiəçisi Rikkardo Kalafyorinin keçidi həll edib. İngiltərə klubu 22 yaşlı italiyalının razılığını alıb. Tərəflər arasında razılaşdırılan müqavilənin müddəti 2029-cu ilə qədər olacaq.
Kalafyori 2023-cü ilin avqustundan “Bolonya”da oynayır. O, son mövsümdə komandanın heyətində bütün yarışlarda 33 matça çıxıb, 2 qol vurub və 5 qolun ötürməsini verib.