De Bruyne ailəsi hansı ölkəyə üstünlük verir?

28.10.2024 18:34 293
Dünya futbolu
Kevin De Bruynenin gələcəyi ilə bağlı növbəti xəbər yayılıb.

Onun “Mançester Siti”də sonuncu mövsümünü keçirdiyi iddia edilir. “Get Football”ın yaydığı məlumata görə, belçikalı yarımmüdafiəçi karyerasını ABŞ-də davam etdirə bilər. Kevin və həyat yoldaşı Səudiyyə Ərəbistanında deyil, Amerika ölkəsində yaşamağa üstünlük verirlər. Onların fikrincə, ABŞ-də yaşamaq övladlarının təhsili baxımından daha əlverişli variantdı.

33 yaşlı Kevin MS-də 2015-ci ildən çıxış edir.