Matçdan əvvəl yayılan xəbərlərlə sizi tanış etmişik. Xatırladaq ki, bəzi media qurumlarında və sosial şəbəkələrdə Bayıl təmsilçisi məğlub olacağı təqdirdə Şahin Diniyevin yola salınacağı, baş məşqçi postuna Cavid Hüseynovun təyin olunacağı tirajlandırdı.
"Football-plus.az" komandanın nəticələri və məlum iddialarla bağlı fikirlərini öyrənmək üçün "Səbail"in icraçı direktoru Firuz Abdullaya müraciət etdi:
"Təbii ki, komandanın 9-cu pillədə qərarlaşması bizi qane edə bilməz. 11 oyun, 8 məğlubiyyət... Nəticələrdən nə rəhbərlik, nə də məşqçilər korpusu razıdı. Amma yayda baş məşqçi Şahin Diniyevlə müqaviləni yeniləmişik. Hazırda hansısa mütəxəssislə danışıq aparılmır. Yayılan xəbərlər həqiqətəuyğun deyil".
KƏNAN BAHADIR






