Şahin Diniyevlə bağlanan müqavilənin detalları açıqlandı

28.12.2022 19:41 496
Premyer-liqa
Şahin Diniyev “Səbail”in baş məşqçisi təyin olunub.

Təcrübəli mütəxəssislə 2023-24-cü illər mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Şahin Diniyev daha əvvəl baş məşqçi kimi “Terek” (Qroznı, Rusiya), “Qarabağ”, “Kəpəz”, “Rəvan” klublarını və Azərbaycan milli komandasını çalışdırıb. Mütəxəssis son olaraq AFFA-nın Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərib.