• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Təəssüf ki, UEFA belə oyuna şotlandiyalı referini təyin etmişdi”

Aktual / Avropa Liqası

26-10-2024, 20:0

Fariz Yusifov Uolşun bütün qərarlarını düzgün saydı, penaltidən başqa

“Qarabağ” – “Ayaks” oyununu idarə edən Nikolas Uolşun qərarları birmənalı qarşılanmadı. Daha doğrusu, ağdamlıların darmadağın olmasını şotlandiyalı referinin qərəzli qərarları ilə bağlayanların da sayı çoxdu. Odu ki, daimi ekspertimiz Fariz Yusifovdan ən çox mübahisə doğuran qərarlara münasibət bildirməsini istədik.

3-cü dəqiqə. Cəfərquliyev sol cinahdan qapı önünə ötürmə verdi, müdafiəçiləri qabaqlayan Andrade yaxın məsafədən topu tora gəndərdi. Uolş “ofsayd” dedi, VAR da bu qərarı təsdiqlədi.

Yusifovun izahatı:

“Orda açıq-aşkar görünürdü ki, Cəfərquliyev öndədi, heç VAR-a baxmağa ehtiyac yox idi. Bir balaca ləngisəydi, heç bir oyundankənar vəziyyət olmazdı”.


15-ci dəqiqə. Künc zərbəsinin ardından Medina topu rəqibə vurdu. Qonaqların sürətli əks-hücumu zamanı Qodts qapıçı ilə təkbətək çıxmaq istəsə də, Romao onu yerə sərdi. Hakim epizodu “sonuncu ümid folu” kimi dəyərləndirdi.

Yusifovun izahatı:
“Belə məqamda futbolçular bir balaca düşünməlidi. Top sənin nəzarətində ola-ola, niyə korpus qoymaq istəyirsən? Rəqibin qarşısını qapıdan 50-55 metr aralıda kəsirsən. Romao ayaqla oynasaydı, qapıçıya ötürmə versəydi və ya topu sağa-sola vursaydı, heç bir problem olmadı. Romao rəqibi davamlı tutub saxlayırdı. Nəticədə "qırmızı" çıxdı”.


36-cı dəqiqə. Teylor Yankoviçlə mübarizədə topu ələ keçirir. Qodts topu Veqhorsta, o da qapının uzaq küncünə tərəf ötürür, Teylor hesabı açır. “Qarabağ”ın oyunçuları hücumun əvvəlində qaydanın pozulduğunu iddia edir.

Yusifovun izahatı:
“Teylor Yankoviçdən, Yankoviç də Teylordan tutmuşdu. Belə epizodda şəxsən mənim üçün qərar vermək çətindi. Ancaq hakim meydan sahiblərinin azlıqda qaldığını da nəzərə alıb, “Qarabağ”ın xeyrinə qərar verə bilərdi. Vermədi”.


72-ci dəqiqə. Zubirdən topu “oğurlayan” Henderson Rasmusseni cərimə meydançasına göndərir. Danimarkalı hücumçu Medina ilə mübarizədə yerdə qalır. Uolş tərəddüd etmədən “nöqtə”ni göstərir.

Yusifovun izahatı:
“Medianın hərəkətində kobudluq görmədim. Çünki müdafiəçi kimi hücumçunun qarşısını almaq üçün hərəkətlər etdi. Bəli, orda çiyin mübarizəsi oldu. Deyə bilərsiz ki, Rasmussenin ayağına da toxunuş var idi. Amma elə bir ciddi səbəb deyildi. Uolş belə epizoda görə Şotlandiya çempionatında penalti versə, onu orda qəbul edərlər, ya yox? Çox qətiyyətli qərar idi. Düzdü, Rasmussen yıxılanda ayağından tutdu. Gördüz ki, meydana həkim də daxil olmadı. Çünki mübarizə zamanı belə məqamlar yaşanır. Ayağa toxunuş olsa da, kobudluq dərəcəsində deyildi”.


Yekun nəticə:

“Uolş 2018-ci ildən hakimliyə başlayıb. Ümumiyyətlə, fəaliyyət illərinə baxanda görmək olar ki, vərəqəyə çox meyillidi. Oyunun ab-havasına uyğun hakimlik hiss olunmadı. Təəssüf ki, UEFA belə oyuna şotlandiyalı referini təyin etmişdi. Hakimin verdiyi qərarlar gərginlik yaradırdı ki, bu da kənardan hiss olunurdu. Hakim daha inamlı olmalıdı, amma bu oyunda baş hakimdə inam hiss etmədim. Gördüklərini verirdi, bu da o deməkdi ki, biliyi və savadı bura qədər imiş. "Qarabağ"ın oyunçuları da daha diqqətli olmalıdı. Xüsusilə də meydanın mərkəzində belə hərəkət etmək olmaz. Futbolçuların hərəkəti nəticəyə təsir edir. Qırmızı vərəqə olmasaydı, bəlkə də oyun tam başqa atmosferdə keçərdi”.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Reportaj / Avropa Liqası

26-10-2024, 20:0

Üçüncü məğlubiyyət, puç olan ümidlər... - REPORTAJ

Aktual / Avropa Liqası

24-10-2024, 16:0

Şotlandiyadan “Qarabağ” üçün gələn Nikolas kimdi? – TANITMA

Manşet / Avropa Liqası

6-05-2024, 23:0

Oxşar epizodlar, fərqli qərarlar...

Premyer-liqa / Reportaj

9-05-2023, 17:0

“Qarabağ” kubokun finalçısını darmadağın etdi - REPORTAJ

Avropa Liqası

24-10-2024, 19:0

“Qarabağ” - “Ayaks”: START HEYƏTLƏRİ

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 320
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə