“Hakimlər haqqında danışmaq istəmirəm, mənim işim deyil” – niyə?

25.10.2024 12:58 269
Aktual / Ölkə futbolu
“Şamaxı” birinci dövrədə uğurlu nəticələrlə hamının diqqətini çəkməyi bacarmışdı. Amma “şirlər” 9-cu turda “Səbail”lə bacara bilmədi. Maraqlıdı ki, ikinci dövrənin ilk oyununda Şamaxı təmsilçisi yenə eyni hesabla (0:1) Naxçıvan təmsilçisinə məğlub oldu.

Bəs son turlardakı uğursuzluğun səbəbi nədi? “Şamaxı”nın çempionatdakı hədəfi nədi?

Bölgə təmsilçisinin müdafiəçisi Arsen Ağcabəyovla söhbətləşdik. 24 yaşlı futbolçu mövcud durumla bağlı “Football-plus.az”a danışdı:

“Son iki oyunda məğlub olduq. Hakimlər haqqında danışmaq istəmirəm, mənim işim deyil. Hamı hər şeyi görür. Layiqinə mübarizə aparırıq, amma belə məğlubiyyətlərə hazır olmaq lazımdı. Xüsusilə də "Araz-Naxçıvan"la oyunda böyük itkilərimiz var idi. Buna baxmayaraq, meydanda döyüşdük. Ani diqqətsizlikdən bir qol buraxdıq. Bu futboldu, belə məğlubiyyətlər olur. İnanıram ki, bundan sonra yaxşı olar. İstəyimiz premyer-liqada qalmaqdı. Məqsədimiz bodu, ümid edirəm, buna nail olarıq".


RÖYANƏ OĞUZ