• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Autsayderlərin azarkeşləri əsas suala son turda aydınlıq gələcəyini düşünür - AÇIQLAMALAR

Premyer-liqa / Manşet

19-05-2023, 21:0

Misli premyer-liqasının başa çatmasına az qalıb.

Hazırda mübarizənin ən gərgin dönəminə şahidlik edirik. İdman prinsiplərinə görə birinci diviziondan bir komanda gələcək ki, böyük ehtimalla bu “Araz Naxçıvan” olacaq. Digər tərəfdən, turnir cədvəlinin sonuncusu elitanı tərk edəcək. Hazırda “Səbail” 25, “Şamaxı” isə 24 xalla uyğun olaraq 9-10-cu pillələrdə qərarlaşıb. Bu komandalar, demək olar ki, yolun ən buruq döngəsindədi.

“Səbail” 35-ci turda “Turan Tovuz”la qarşılaşacaq. Bölgə təmsilçisi son 3 oyunda iddialı rəqiblərə qarşı əzmkar qələbələr qazanıb. Ayxan Abbasovun komandası “Zirə”ni 3:1, “Neftçi”ni 4:0, “Qəbələ”ni isə 2:1 hesabı ilə yenib. Məntiqi işə salsaq, “dənizçilər”in bu qarşılaşmada qələbə qazanacağı gözlənilmir. Sensasiya mütləqdi ki, bu da inandırıcı deyil. Son turda isə “Səbail” - “Şamaxı” matçı baş tutacaq. Bölgə təmsilçisi “Qəbələ” ilə matçdan məğlub ayrılsa, “dənizçilər”lə oyunda da büdrəyə bilər. Bu isə “şirlər”in birinci diviziona yuvarlanması anlamına gəlir.
Ümumilikdə bu mövsüm hər iki komanda, demək olar ki, eyni nəticələri əldə edib. Bu üzdən şanslar haqda ehtimal yürütmək belə çətindi. Son oyunda “Neftçi”dən xal almağı bacarsa da, oxlar hələ ki “Şamaxı”ya tuşlanıb. İndiki məqamda autsayderlərə könül verən azarkeşlərin fikirləri də maraq doğurur.

Bu üzdən onlara tribuna verdik. Öncə “Şamaxı”nın ən böyük fanklubu “Sektor 56”nın rəhbəri Loğman Məliklini dinləyək:

“Açığı, “Qəbələ” ilə qarşılaşmaya bel bağlaya bilmirik. Qələbənin çox çətin olduğunun fərqindəyik. Özüm iştirak edə bilməsəm də, fanklub üzvləri orda olub komandanı dəstəkləyəcək. “Səbail”lə qarşılaşma isə final ab-havasında keçəcək. Bu oyuna çox ciddi hazırlaşmışıq. “Səbail”in “Turan Tovuz”a, “Şamaxı”nın isə “Qəbələ”yə qalib gələ bilməyəcəyini düşündüyümüzə görə, bilirik ki, son qarşılaşma həlledici olacaq. Azarkeşlər inciməsin, istərdim ki, premyer-liqanı “Səbail” tərk etsin. Onsuz da Bakıda “Neftçi”, “Zirə”, “Sabah” kimi böyük klublar var. Bizim bir “Şamaxı”mız var, o da birinci diviziona düşsə, daha nə oldu? Böyük əziyyətlərdən sonra böyük futbola qayıtmışıq. İndi sıfırdan başlamağı təsəvvür etmək istəmirik. Qorxduğum başımıza gəlsə, “Sektor 56” olaraq azarkeşlikdən çəkilib-çəkilməyəcəyimiz qeyri-müəyyəndi. Buna digər üzvlərlə müzakirədən sonra qərar verəcəyik. Biz “Şamaxı” ilə fəxr edirik. Yerli futbolçulardan ibarət yeganə komandadı. Premyer-liqada belə klubun mübarizə aparması çox vacibdi. Ön sıralarda olmasa da, olar. Ümid son oyunadı. İnşallah, “Səbail”i məğlub edib premyer-liqada qalacağıq. Alınmasa, Şamaxı futbolu üçün ağır zərbə olacaq. İnanıram ki, həm klub rəhbərliyi, həm də heyət bunun yaşanmaması üçün əlindən gələni edəcək”.


“Səbail"i dəstəkləyən "Dənizçilər" fanklubunun rəhbəri Atif Rüstəmli ilə də danışdıq. Onun fikirləriylə də tanış olaq:
"Bu həftə son səfər oyununa çıxacağıq. "Turan Tovuz"la qarşılaşmada heç-heçə etmək və "Şamaxı" ilə son oyunda qələbə qazanmaq istəyirik. Heyətimiz rəqiblə müqayisədə bunun öhdəsindən gəlməyə qadirdi. AFFA-nın qərarının son anda dəyişib-dəyişməyəcəyini heç kim dəqiq bilmir. Bu üzdən məqsədimiz son pillədə yer almamaqdı. Ümumiyyətlə, 9-cu olmağa belə layiq deyilik. Bunun əsas səbəbi "Səbail"ə qarşı hədsiz hakim səhvləridi. Komandamız istər premyer-liqada, istərsə də divizionda çıxış etsin, "Dənizçilər" fanklubu dəstəyini əsirgəməyəcək".


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

5-05-2023, 22:0

“Zirə” toparlanmalı və “Qəbələ”nin çöküşünə ümid etməlidi - TƏHLİL

1-ci liqa

17-08-2022, 17:0

Birinci divizionda mövsümün təqvimi açıqlandı

Dünya futbolu

27-03-2023, 22:0

Üçüncü dövrədə zəiflər arasında ən güclü “Kəpəz”di! - TƏHLİL

Premyer-liqa / Manşet

30-09-2022, 20:0

"Qəbələ" Bakıdan qələbə ilə dönür - YENİLƏNİB

Premyer-liqa

22-02-2023, 15:0

Premyer-liqada ən çox hansı komandalar qayda pozub?

Premyer-liqa / Manşet

1-11-2022, 13:0

“Turan Tovuz” “avrokubok zonası”na yaxınlaşır - TURUN ŞƏRHİ

Aktual
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Son xəbərlər
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyiri" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:55
    "Dinamo-Minsk" "Neftçi"ni 4 qolla məğlub etdi - YENİLƏNİB
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Dünən, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Dünən, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Dünən, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Dünən, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Dünən, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Dünən, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Dünən, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • 21-07-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 21-07-2026, 23:0
    Erməni güləşçilər Bakıya gələcək
  • 21-07-2026, 23:0
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • 21-07-2026, 23:0
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • 21-07-2026, 22:0
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
Daha çox
Oxunub: 189
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 134
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 130
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə