“Bakıda belə klub saxlamaq olmaz” - Tahir Tahiroviç “Araz-Naxçıvan”a qayıtmağı məsləhət gördü

11.04.2024 15:20 278
Aktual / Ölkə futbolu
“Araz-Naxçıvan”ın son 7 turda qələbə qazana bilməməsi Azər Bağırovun baş məşqçi vəzifəsindən istefasını şərtləndirdi.

Ümumiyyətlə, komandada nə baş verir? Uğursuzluğun əsas səbəbi nədi? Bu sualları “Araz-Naxçıvan”ın mətbuat xidmətinin sabiq rəhbəri Tahir Tahiroviçə ünvanladıq:

“Praktikada da görmüşük ki, ardıcıl məğlubiyyətlər olarsa, kimsə məsuliyyəti öz üzərinə götürməlidi. Burda da Azər Bağırov öz üzərinə götürdü. Fikrimcə, burda futbolçuların və baş məşqçinin günahı yoxdu. “Araz-Naxçıvan”ın ümumi problemi var. Ardıcıl məğlubiyyətlərə birmənalı şəkildə dəxli olmasa da, düşünürəm ki, “Araz-Naxçıvan” doğma şəhərə qayıtmalıdı. Bakıda belə klub saxlamaq olmaz”.

ƏSƏD SEYİDOV