Yeni təklifi qəbul etdi

24.10.2024 17:32 282
Dünya futbolu
Kastello Lyukeba “Leyptsiq” rəhbərliyinin yeni təklifini qəbul edib.

Gənc futbolçu Almaniya klubu ilə yeni müqavilə imzalayıb. Klubun mətbuat xidmətinin məlumatına görə, 21 yaşlı fransalı müdafiəçi ilə müqavilənin müddəti 2029-ci ilin yayına qədər uzadılıb. Bir sıra klubların maraq dairəsində olan futbolçunun maaşı da artırılıb. Amma bu barədə rəsmən rəqəm açıqlanmayıb.

Kastello bu mövsüm “Leyptsiq”in formasında 9 oyunda meydana çıxıb.