Ölkə çempionatları tarixində yüksək liqada 15000-ci qol vurulub.
"Football-plus.az" xəbər verir ki, yubiley topu Misli premyer-liqasının 9-cu turunun ikinci matçına təsadüf edib.
“Zirə” – “Sumqayıt” görüşündə vurulan ikinci qol tarixə 15000-ci kimi düşüb. Bu topu meydan sahiblərinin futbolçusu Rikardo Martins rəqib qapısından keçirib.
Bu qarşılaşma turnirin tarixində ümumilikdə 6160-cı, baş tutan və texniki nəticə qeydə alınmayan 5881-ci oyun olub. 35 mövsümün ümumi orta məhsuldarlığı 2,55-ə bərabərdi.
Ölkə çempionatları tarixində ilk qolu Mehman Alışanov vurub. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə (1:2) qonaqların qapısına yol tapıb.
Yüksək dəstədə 15000-ci qol
Ölkə futbolu





