"Football-plus.az" xəbər verir ki, o komandasının məğlubiyyəti ilə bağlı danışıb:
"Təəssüf ki, növbəti dəfə məğlubiyyəti şərh edəsi olacam. Oyuna yaxşı başlamadıq. Amma ikinci hissədə tam üstünlüyü ələ aldıq, qol vurduq. Uğursuz penaltidən sonra rəqib hesabı bərabərləşdirdi, sonda qələbə qazandı. Futbolçular çox gərgindi. Bunu üzərimizdən ata bilmirik. Amma ümumi baxsaq, oyun üslubu, sxem yeni yığılan komanda üçün yaxşıdı. Bilmirəm şanssızlıqla əlaqələndirim, ya təcrübəsizliklə... Amma düşdüyümüz durum bizi kədərləndirir, ağır vəziyyətdi".





