Serxio Ramosun yenidən İspaniyada çıxış etmək şansı var. Məşhur futbolçunun xidmətində “Xetafe” rəhbərliyi maraqlıdı.
"Football-plus.az" xəbər verir ki, bu haqda klubun prezidenti Anxel Torres açıqlama verib. O, ispaniyalı dünya və qitə çempionu ilə danışıqlar apardıqlarını bildirib. Prezident baş məşqçi Xose Bordalasın heyətdə 6 mərkəz müdafiəçisinin olmasını nəzərə alaraq cinahları gücləndirməyə üstünlük verdiyini də gizlətməyib.
“Real”dakı uğurlu çıxışı ilə tanınan Ramosun sonuncu komandası “Monterrey” olub. 40 yaşlı futbolçu Meksika klubundan yanvarda ayrılıb. O, uzun müddət klubsuz qalsa da, karyerasını başa vurmayıb.
Ramos yenidən La Liqada top qovacaq?
Dünya futbolu





