“Real” 3 illik boykotu dayandırdı

24.10.2026 18:05 54
Dünya futbolu
“Real”ın oyunçuları bu il “Qızıl top” mükafatının təqdimat mərasmində iştirak edəcəklər.

"Football-plus.az" xəbər verir ki, bununla da İspaniya klubunun mərasimi 3 illik boykotuna son qoyulacaq.

Xatırladaq ki, “Real”ın nümayəndələri mərasimdə sonuncu dəfə 2023-cü ildə iştirak ediblər. Sonrakı iki ildə isə komandanın oyunçularının mükafata layiq görülmədiyini bilərək təqdimetməyə qatılmayıblar.

Bu il “Qızıl top”a Madrid klubunun 4 oyunçusu – Kilian Mbappe, Vinisius Junior, Cud Bellingem və Mark Kukurelya iddia edir. Mərasim oktyabrın 26-da İngiltərənin paytaxtı Londonda keçiriləcək.