Almaniya klubunda daha bir yeni oyunçu

15.08.2023 22:50 2 332
Dünya futbolu
Bu yay kifayət qədər oyunçu satan “Leyptsiq” növbəti transferini reallaşdırıb.

“Football-plus.az” xəbər verir ki, Almaniya klubuna daha bir yeni oyunçu qoşulub. Kastello Lükebaya görə “Lion”a 30 milyon avro ödənilib. 20 yaşlı müdafiəçi “Leyptsiq” ilə 5 illik müqavilə bağlayb.

Kastello “Lion”un yetirməsidi. O, bu komandada keçirdiyi 68 oyunda 4 qol vurub.