Yevlaxlıların baş məşqçisi Kənan Kərimov da bununla bağlı açıqlama verib. Doğrudanmı, Raca “Karvan”a təklif olunub? Gəlirmi, yoldadımı? “Football-plus.az” bu sualları “Karvan”ın mətbuat katibi Bəhruz Musayevə ünvanlayıb:
“Belə bir təklif var idi. Sadəcə, futbolçunun transfer qiyməti yüksək olduğuna görə ləğv olundu”.
Son klubu İndoneziyada “Bhayanqkara” olan 36 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Roma”, “İnter” kimi komandaların formasını geyib, Belçika yığmasında 30 oyunda 6 qol vurub.
ƏSƏD SEYİDOV





