Peter Kinqs daha iki il "Karvan"da

22.06.2024 18:49 330
Ölkə futbolu
"Karvan" aparıcı futbolçularından olan Peter Kinqslə bağlı qərar verib.

"Football-plus.az" xəbər verir ki, nigeriyalı vinger komandada qalacaq. Bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı ön xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Peter Kinqs 2023-cü ilin yayından "Karvan"da çıxış edir.