12 ildən sonra "Karvan"a qayıtdı

3.07.2024 17:23 341
Ölkə futbolu
"Karvan" heyətinə yeni oyunçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, son klubu "Şamaxı" olan Bəhruz Teymurov bölgə təmsilçisində çıxış edəcək.

30 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ilk peşəkar klubu "Karvan" olan Teymurov 2011/12 mövsümündə də Yevlax təmsilçisində çıxış edib. O, "Xəzər Lənkəran", "Şəmkir", MOİK, "Kəpəz" və "Zaqatala"da da oynayıb.