Məsut Özil “Sheki City”yə daha 400 manat qazandırdı

23.10.2024 23:08 393
Aktual / Ölkə futbolu
Məsut Özilin Şəkini ziyarəti şərəfinə çap olunmuş və futbolçunun imzaladığı məhdud sayda biletlər satışa çıxıb . Hər biletin rəmzi qiyməti 100 manatdı.

Məsut Özilin imzalı biletlərini harada satırsız? Nə qədər bilet var? Bu sualları “Sheki City”nin prezidenti Elgün Hüseynova ünvanladıq:

“Məsut Özilin imzaladığı bilet sifariş olunduğu zaman istənilən yerə çatdıra bilirik. 32 biletdən indiyə qədər dördünü satmışıq. Bir neçəsini əvvəlki dəstəkçilərimizə hədiyyə etmişəm. Başqa aksiya da başlatmışıq”.


ƏSƏD SEYİDOV