AFFA İntizam Komitəsi bu məşqçini cəzalandırdı

20.06.2024 15:01 337
Ölkə futbolu
AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Football-plus.az” xəbər verir ki, iclasda aşağıdakı qərar qəbul edilib.

Misli premyer-liqasında sonuncu dəfə “Araz-Naxçıvan” klubunda məşqçi işləmiş Xaqani Məmmədov “Oyunların toxunulmazlığı” Komissiyasının təlimatını pozduğuna görə 2 il müddətinə şərti cəzalandırılıb.

Sınaq müddəti 24 ay təyin edilib.