Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Football-plus.az xəbər verir ki, Misli premyer-liqasının 17-ci turunun “Kəpəz” – “Sabah” oyununda qonaqların 29 nömrəli oyunçusu Ceyhun Nuriyev oyunun 90-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçuya 3 aylıq sınaq müddəti təyin olunsun, 2 oyun şərti olmaqla 4 oyun cəzalandırılsın, klub 3200 manat cərimə edilsin (maddə 37.3)
"Bayquşlar"ın qapıçılar üzrə məşqçisi Vitaliy Kovalyov hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 800 manat cərimə edilsin (maddə 47.3)
“Turan Tovuz” – “Neftçi” oyununda qonaqların 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilsin (maddə 39.).