“Barselona” onunla anlaşdı

22.10.2024 21:11 294
Dünya futbolu
Lamin Yamal “Barselona” ilə müqaviləsini yeniləyəcək.

“Mundo Deportivo”nun məlumatına görə, 17 yaşlı vingerin hazırkı sözləşməsunin müddəti 2026-cı ilin yayına qədərdi. İspaniya klubunun rəhbərliyi artıq yeni müqavilə üçün Yamalla razılığa gəlib. Onun müaviləsinin müddəti 2029/30 mövsümünün sonuna kimi uzadılacaq.

Yamal bu mövsüm “Barselona”da bütün turnirlərdə 11 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib.