Xavinin məsələsi müəyyənləşdi

13.09.2023 12:58 215
Dünya futbolu
Artıq Xavi Ernandesin “Barselona”dakı aqibəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi yaxın günlərdə klubla müqaviləsini yeniləyəcək.

“Marca” qəzetinin məlumatına görə, müddəti 2026-cı ilə qədər olacaq yeni müqaviləyə əsasən, onun maaşı iki dəfə artırılacaq. Xavinin “Barselona”da ilə təxminən 4 milyon avro qazandığı bildirilmişdi. 43 yaşlı məşqçi komandanı 2021-ci ilin noyabrından çalışdırır. Onun hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdi. “Barselona”nın ötən mövsüm onun rəhbərliyi altında İspaniya çempionu olduğunu və ölkə superkubokunu qazandığını da xatırladaq.