Onun İtalya klubunu azad agent statusunda tərk edəcəyi də qeyd olunub. Xatırladaq ki, Pol ötən il dopinqdən istifadəyə görə futboldan 4 illik diskvalifikasiya olunmuşdu. Lakin bu İdman Arbitraj Məhkəməsi sentyabrda onun cəzasının müddətini 18 aya endirib.
Beləliklə, o, artıq gələn ilin martından yaşıl meydana qayıda bilər. “Yuventus”un idman direktoru Kristiano Cuntoli fransalı futbolçu ilə bağlı verilən qərarı belə açıqlayıb:
“Poqba möhtəşəm futbolçu olub, amma indi bizim digər planlarımız var. Biz digər futbolçulara sərmayə qoymuşuq və komandamız artıq komplektləşib”.






