Pol Poqbanın “Yuventus”dakı aqibəti müəyyənləşib.
İtaliya klubu dopinqdən istifadəyə görə 4 illiyə diskvalifikasiya olunan yarımmüdafiəçi ilə müqaviləni ləğv etmək qərarına gəlib. Rəhbərlik hesab edir ki, futbolçunun ağır cəzasının ləğv edilməsi ehtimalı azdı. Fransalı dünya çempionunun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər idi.
Xatırladaq ki, Pol ötən ilin avqustunda dopinq testindən keçmiş, nəticə müsbət olmuşdu. Bu il fevralın 29-da İtaliya Antidopinq Məhkəməsi 31 yaşlı futbolçunun 4 il müddətinə futboldan kənarlaşdırılması ilə bağlı qərarı təsdiqləyib. Poqba isə futboldakı fəaliyyətinin dayandırılması ilə bağlı qərardan apellyasiya şikayəti verib.