"Qarabağ" - "Ayaks": mətbuat konfranslarının vaxtı

21.10.2024 12:37 331
Avropa Liqası
Avropa Liqasının liqa mərhələsinin 3-cü turunda keçiriləcək "Qarabağ" - "Ayaks” (Niderland) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

"Football-plus.az" xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı oktyabrın 23-də, saat 13.45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

17.00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azərsun Arena”da gerçəkləşəcək.

Qonaq komandanın baş məşqçisi Françesko Fariolinin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:00-da start götürəcək. Niderland təmsilçisinin “Neftçi Arena”da reallaşacaq açıq məşqi 12.45-də başlayacaq.

Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü saat 20.45-də başlayacaq.