Yaxın keçmişin önəmli forvardlarından və ulduzlarından biri olan Didye Droqba ilə bağlı sürpriz xəbər yayılıb.
Bilindiyi kimi kot d'İvuarlı əfsanə ''Çelsi''nin tarixində iz buraxsa da, Türkiyədə də oynamağa macal tapmışdı. O 2013-ün yanvarından 2014-ün yayına qədər ''Qalatasaray''ın şərəfini qorumuşdu.
Türkiyə mətbuatının Fransa mətbuatına istinadən yaydığı xəbərdə Droqbanın Türkiyədən bir klub satın almaq istədiyi qeyd olunub. Amma söhbət elita yox, aşağı liqalardakı klublardan gedir. Droqba Türkiyədə çox sevildiyini nəzərə alaraq bu addımı atmaq istəyir. Amma onun konkret hansı klubu almaq istədiyi bilinmir. 46 yaşlı Droqba bir neçə ay öncə də qatıldığı bir verilişdə Türkiyədə oynadığı dönəmdən ağız dolusu danışmış və ''Qalatasaray''a, eləcə də Fatih Terimə tərif yağdırmışdı.
ƏLİ