“Sumqayıt”ın oyununda anşlaq olacaqmı?

20.10.2024 15:21 321
Aktual / Ölkə futbolu
Bu gün Misli premyer liqasının 10-cu turunun son oyununda “Sumqayıt” Mehdi Hüseynzadə adına şəhər stadionunda “Turan Tovuz”u qəbul edəcək. Maraqlı məqam odu ki, hazırda elitada azarkeş sayına görə lider olan komandalar qarşılaşacaq.

Görəsən, oyuna bilet satışı necə gedir? Anşlaq gözlənilirmi? Bu sualları “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə ünvanladıq:

“Bu ana olan məlumata görə, təxminən 1900-2000 arası azarkeş gözlənilir. Amma kassalarımız saat 14.00-dan etibarən açıq olacaq. Ümid edirəm ki oyun saatına qədər azarkeşlərimiz daha çox maraq göstərib, bilet əldə edərlər. Arzulayıram ki, heç olmasa, stadionun ümumi tutumunun yarısı qədər, yəni 4 mindən çox azarkeş olar”.

ƏSƏD SEYİDOV