Görəsən, Canni de Byazinin taleyini müəyyənləşdirmək baxımından xüsusi önəm daşıyan qarşılaşmanı nə qədər azarkeş stadiondan izləmək istəyir? Bilet satışı necə gedir? 6700 azarkeş tutumuna malik “Dalğa Arena” dolacaqmı?
Bu sualları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq:
“Bilet satışı davam edir. Son məlumata əsasən, 2000-dən artıq bilet satılıb. Dəqiq rəqəmlər isə sabah axşam bəlli olacaq”.
Xatırladaq ki, biletlər üç kateqoriyaya bölünüb. 1-ci kateqoriya 5, 2-ci kateqoriya 2, VIP üçün isə 10 manat nəzərdə tutulub. Biletləri “28 Mall”, “Gənclik Mall”, Heydər Əliyev Sarayı, Köşk №1, Köşk №2, 1 saylı ASAN Xidmət, 2 saylı ASAN Xidmət, 3 saylı ASAN Xidmət, 4 saylı ASAN Xidmət və Sumqayıt ASAN Xidmətində əldə etmək mümkündü.
KƏNAN BAHADIR


