Millimizin üzvü oynadı, komandası uduzdu

20.10.2024 11:54 286
Dünya futbolu
Finlandiyada 27-ci tur çərçivəsində “altılığ”ın bir sıra oyunları keçirilib.

“Football-plus.az” xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ozancan Kökçü çıxış etdiyi “Helsinki” səfərdə KuPS-lə qarşılaşıb. Kökçünün komandası bu görüşdə 0:1 uduzub.

Millimizin üzvü bütün oyunu meydanda keçirib və 90+6-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.Hazırda “Helsinki” 45 xalla 3-cü pillədə qərarlaşıb.