Millimizin üzvü oynadı, komandası uduzdu

19.02.2024 10:57 167
Dünya futbolu
Niderland birinci divizionunda 26-cı turun matçları keçirilib.

"Football-plus.az" xəbər verir ki, millimizin üzvü Ozancan Kökçünün formasını geyindiyi "Eyndhoven" növbəti görüşünə çıxıb.

Kökçünün komandası "Qroningen"lə üz-üzə gəlib və 0:3 hesabı ilə uduzub. Millimizin üzvü 90 dəqiqə meydanda olub.

"Eyndhoven" 32 xalla 14-cü pillədədi.