Ozancan oynadı, komandası uduzdu

4.10.2024 12:38 339
Dünya futbolu
Konfrans Liqasında növbəti turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, millimizin üzvü Ozancan Kökçünün formasını geydiyi HİK "Luqano" ilə qarşılaşıb.

Matç İsveçrə klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kökçü bu görüşə start heyətində meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.