Millimizin üzvü oynadı, komandası qalib gəldi

18.08.2024 20:07 340
Yığma / Dünya futbolu
Finlandiya çempionatında 20-ci turun oyunları keçirilir.

“Football-plus.az” xəbər verir ki, millimizin üzvü Ozancan Kökcünün çıxış etdiyi HİK səfərdə EİF-lə üz-üzə gəlib və 3:0 hesablı qələbə qazanıb. Ozancan bu bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb. O, 66-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 20 turdan sonra 37 xalı olan HİK turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.