"Qarabağ"ın Avropa Liqası macərası haqda yeni xəbər - klub açıqladı

10.09.2024 00:51 1 890
Avropa Liqası
Avropa Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək "Elfsborq" (İsveç) - "Qarabağ" oyununun biletlərinin satışa çıxarılacağı tarix məlum olub.

"Football-plus.az" xəbər verir ki, biletlər oktyabrın 3-dən satışda olacaq. Biletlərin qiyməti sektordan asılı olaraq 165-290 İsveç kronu (təxminən 27-48 manat) arasında dəyişəcək.

Qeyd edək ki, "Elfsborq" - "Qarabağ" matçı dekabrın 13-də “Boros Arena”da keçiriləcək.