"Qarabağ"ın rəqibi ölkə çempionatında "Portu"ya uduzdu

15.01.2024 10:31 251
Dünya futbolu
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Artur Jorjenin baş məşqçisi olduğu komanda 17-ci turda "Portu"nun qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Portu" xallarının sayını 38-ə çatdırıb və 3-cü pillədədi. "Braqa" isə 33 xalla dördüncüdü.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.