Berqstrand Musanın qarşısında “yaşıl işıq yandırdı”

21.07.2023 21:00 359
Aktual
“Malmö” ilə oyunu işçi vizası ala bilmədiyinə görə buraxan Musa Qurbanlının sabah “Yurqorden”in heyətində İsveç çempionatında debüt edəcəyi gözlənilir.

“Football-plus.az” xəbər verir ki, çempionatın lideri “Elfsborq”la ev oyunu Bakı vaxtı ilə saat 17.00-da başlayacaq. Bu gün oyunöncəsi mətbuat konfransı keçirən baş məşqçi Kim Berqstrand da Musa ilə daha bir yeni transfer Veliks Vanın oyuna hazır olduğunu təsdiqləyib. Amma “Malmö” ilə oyunda cari mövsümdəki 3-cü sarı vərəqəsini alan Besar Saboviç liderə qarşı oynaya bilməyəcək. Berqstrandın oyunla bağlı fikirləri:

“Çoxdandı məğlub olmuruq. “Malmö”yə qarşı da yaxşı oyun göstərdik. Əla rəqiblə doğma publika önündə qarşılaşacağıq”.


“Yurqorden”lə “Elfsborq” arasındakı son 5 çempionat oyununun nəticəsi:

aprel 2021. Elfsborq – Yurqorden 0:2
oktyabr 2021. Yurqorden – Elfsborq 0:3
may 2022. Elfsborq – Yurqorden 0:0
avqust 2022. Yurqorden – Elfsborq 2:1
iyun 2023. Elfsborq – Yurqorden 1:1