"Qarabağ"ın rəqibi mövsümü üçüncü pillədə başa vurdu

14.11.2023 11:13 200
Dünya futbolu
"Qarabağ"ın Avropa Liqasında qrup mərhələsindəki rəqiblərindən olan "Hekken" İsveç çempionatında son oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, adıçəkilən klub daxili çempionatdakı axırıncı görüşündə "Brommapoykarna" ilə üz-üzə gəlib.

"Qarabağ"ın rəqibi bu matçda 1:2 hesabı ilə uduzub.

"Hekken" mövsümü 57 xalla üçüncü pillədə başa vurub. Qeyd edək ki, "Qarabağ" - "Hekken" matçı dekabrın 14-də Bakıda keçiriləcək.