“Barselona”nın futbolçusu Robert Levandovski zədələnib.
Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, 36 yaşlı polşalı hücumçunun sağ baldırında qançır aşkarlanıb. Zədənin ciddi olmadığı və onun İspaniya çempionatının “Sevilya” ilə oyununa qədər bərpa olacağı bildirilir.
Robert bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 11 oyunda meydana çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.