“Barselona” Robert Levandovskinin gələcəyi ilə bağlı qərar verib.
“Sport.es” saytının məlumatına görə, klub rəhbərliyi futbolçunun uzun müddət yüksək səviyyəli oyun nümayiş etdirməyə qadir olduğunu düşünür. Buna görə də “Barselona”nın gələn il yeni hücumçu almaq planı yoxdu. Başqa sözlə, Levandovski gələn mövsüm də komandadakı çıxışını davam etdirəcək.
36 yaşlı Levandovski bu mövsüm bütün turnirlərdə 10 matçda iştirak edib, 9 qol vurub və 2 məhsuldar öürmə edib. Poşalı futbolçunun klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.