Levandovskini hansı cəza gözləyir?

15.11.2022 21:13 315
Dünya futbolu
Robert Levandovski “Barselona”ın növbəti 3 oyununu buraxa bilər.

Bu barədə COPE radiostansiyası məlumat yayıb. 34 yaşlı hücumçu La Liqanın 14-cü turunun “Osasuna” ilə matçında (2:1) ikinci sarı vərəqə alaraq 31-ci dəqiqədə meydanı tərk etmişdi. Robert hakimə qarşı jest göstərib. La Liqanın reqlamentinə görə, polşalı forvard 3 oyunluq cəza ala bilər.

Levandovski bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 19 oyuna çıxıb, 18 qol vurub və 4 məhsuldar ötürmə edib.