Frenki de Yonq klubunu dəyişə bilər.
“Barselona” onu satmağa hazırdı. “Mundo Deportivo” nəşrinin məlumatına görə, 27 yaşlı niderlandlı futbolçu İspaniya klubu ilə müqaviləsinin müddətini gələn yaya qədər uzatmasa, rəhbərlik onu satmalı olacaq. “Barselona” De Yonqa 2023-cü ilin sonunda yeni müqavilə təklifi edib və hələ də ondan cavab almayıb. Amma klub yarımmüdafiəçini pulsuz, yəni azad agent kimi buraxmaq istəmir. Yeni müqavilədə rəhbərliyin futbolçuya daha az maaş təklif etdiyi qeyd olunur.
Frenkinin “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi. O, uzunmüddətli zədədən sonra bu mövsüm komandada 1 oyuna çıxıb.