“Barselona”dan ayrılmaq istəyir?

16.02.2024 15:55 161
Dünya futbolu
Frenki de Yonq uzun müddətdi klubunu narahat vəziyyətdə qoyub.

“Barselona” futbolçudan üç aydı cavab gözləyir.

“Mundo Deportivo” nəşrinin məlumatına görə, payızda klub yarımmüdafiəçiyə maaşı azaldılmadan mövcud müqavilənin müddətini 2029-cu ilin iyununa qədər uzatmağı təklif edib. Lakin niderlandlı hələ də rəhbərliyə cavab verməyib. Bu isə onun “Barselona”dan ayrılmaq istədiyi ehtimalını doğurur. Frenkinin hazırkı müqaviləsi 2026-cı ilin iyununda qüvvədən düşəcək.