Futbol üzrə ölkə kubokunun 1-ci təsnifat mərhələsində “Göygöl” evdə “Hypers Quba” ilə qarşılaşıb. 3:2 hesabıyla qalib gələn “Hypers Quba” növbəti mərhələyə yüksəlib.
Qarşılaşmanın 37-ci dəqiqəsində “Göygöl”ün fytbolçusu Fərid Soltanzadə referi Elvin Bayramovu qucaqladı, üzündən öpdü. Futbolçu hətta onun ayaqlarına qapanmaq istəsə də, ədalət təmsilçisi buna imkan vermədi.
Fərid Soltanzadədən nəyə görə belə etdiyini soruşduq. O, “Football-plus.az”a açıqlamasında, sadəcə, oyun həyəcanına və hakimin rəqib komandanı penalı ilə cəzalandırmasına görə sevindiyini söylədi.
ƏSƏD SEYİDOV