“İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlov "Football-plus.az"a verdiyi açıqlamada şəhər stadionunda təmir işləri hələ bitmədiyinə görə oyunun yerinin dəyişdirilməsi xahişi ilə “Qəbələ”yə müraciət ünvanladıqlarını demişdi. Bəs “Qəbələ” bu təklifi necə qarşılayıb? Klubun meneceri Səbuhi Səfiyarlının fikirləri:
“Bəli, “İmişli” oyunun yerini dəyişməklə bağlı bizə müraciət edib. Bizim üçün heç bir fərqi yoxdu. Əslində buranın meydançası daha yaxşı vəziyyətdədi. Komandamız da daha ideal meydançada oynamaq istəyirdi. Ona görə də müraciət ediblər, biz də müsbət cavab vermişik. İndi PFL qərar verəcək”.
RÖYANƏ OĞUZ






