“İmişli” PFL-ə rəsmi müraciət etdi

31.01.2023 20:55 504
I liqa / Manşet
Birinci divizionda mübarizə aparan "İmişli" ilk dövrədə ev oyunlarını Saatlı stadionunda keçirdi.

Klub rəhbərliyi doğma arenada təmir, yenidənqurma işləri aparsa da, PFL hələ də yekun qərarını verməyib. Daha doğrusu, qurum təftişdən sonra qərarını aşıqlayacaq.

Məsələnin nə yerdə qaldığını "İmişli"nin baş məşqçisi Ruhid Usubovdan soruşduq:
"Stadionda zəruri işləri görmüşük. Həmçinin də ot örtüyü ilə bağlı. Sadəcə, soyuqlara görə tam yetişib qalxmayıb. Hardasa 60-70 faiz özünü tutub. PFL-ə də yazılı müraciət göndərmişik. Cavab gözləyirik. Qzonun vəziyyətinin daim yaxşı olmasıyla bağlı da sponsorlar axtarırıq" .


ABDULLA İSMAYILOĞLU