“Zirə”nin Lavalı niyə ortalıqda yoxdu? – klub rəsmisi açıqladı

15.10.2024 18:36 302
Aktual / Ölkə futbolu
“Zirə”nin son transferlərindən biri Yusuf Laval oldu.

Vaxtilə “Neftçi”dən tanıdığımız nigeriyalı gələrkən zədəli olduğu üçün bir müddət yaşıl meydana çıxmayacaqdı. “Qartallar”ın Lavalı heyətə cəlb etməsindən isə tam 1 ay keçib. Ötən turlarda legionerin adını oyunun iştirak ərizəsində görmədik.

Bəs Laval növbəti oyunlarda komandasına kömək edə biləcəkmi?

“Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə “Football-plus.az”a durumu belə açıqladı:

“Yusuf Laval məşqlərdə iştirak edir. Amma nə vaxt qayıdacağını qarşıdakı günlərdə biləcəyik. İndi tam nəsə demək çətindi. Çünki oyunun vaxtına hələ var. Əsas odu ki, məşq edir, fiziki durumunu bərpa etməyə çalışır”.


RÖYANƏ OĞUZ