Laval rəsmən Portuqaliya klubunda

28.01.2023 20:34 273
Premyer-liqa
"Neftçi"nin futbolçusu Yusuf Lavalın Portuqaliyanın "Arouka" klubuna keçidi rəsmiləşib.

Football-plus.az xəbər verir ki, nigeriyalı vinger Premyer Liqa təmsilçisi ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə 3,5 illik müqavilə imzalanıb.

Laval 2020-ci ilin yayından "Neftçi"də çıxış edirdi.