“Football-plus.az”ın məlumatına görə, bununla bağlı klubun baş həkimi Şaiq Zöhrablı paytaxt təmsilçisinin rəsmi saytına açıqlama verib:
“Sınığı və daxili orqanlarda zədəsi yoxdu. Sadəcə, möhkəm əzildiyi üçün ağrı hiss edir. Ağrısı azalsa, artıq komandanın növbəti məşqində iştirak edə biləcək”.
Qeyd edək ki, "Neftçi" növbəti turda səfərdə "Zirə" ilə qarşılaşacaq.


